Bank Of Baku

Bayden: ABŞ Blackwater əməkdaşlarının işi üzrə apelyasiya şikayəti verəcək

Bayden: ABŞ Blackwater əməkdaşlarının işi üzrə apelyasiya şikayəti verəcək
# 24 yanvar 2010 00:12 (UTC +04:00)
Bakı-APA. ABŞ Amerika məhkəməsinin Blackwater mühafizə şirkətinin əməkdaşlarına qarşı 17 dinc iraqlının öldürülməsi barədə ittihamın götürülməsi qərarından apelyasiya şikayəti verəcək. APA-nın məlumatına görə, bu barədə ABŞ vitse-prezidenti Co Bayden bəyan edib.

Blackwater əməkdaşlarının günahlandırıldığı hadisə 2007-ci ilin sentyabrın 16-da Bağdadda baş verib. Şahidlərin sözlərinə görə, həmin gün Dövlət Departamentinin nümayəndələrinin avtomobil karvanını müşayiət edən Blackwater əməkdaşları heç bir səbəb olmadan dinc iraqlılara atəş açıblar. Nəticədə 17 nəfərin öldüyü bildirilir.

Blackwater 1996-cı ildə Amerikanın özəl mühafizə şirkəti kimi yaradılıb, lakin vaxt keçdikcə kiçik orduya çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR