Bank Of Baku

Amerika dəniz piyadaları İraqın Ənbar əyalətini tamamilə tərk ediblər

Amerika dəniz piyadaları İraqın Ənbar əyalətini tamamilə tərk ediblər
# 24 yanvar 2010 03:16 (UTC +04:00)
Bakı-APA. Amerika dəniz piyadaları İraqın Ənbar əyalətini tamamilə tərk edərək bölgədə təhlükəsizliyin qorunması funksiyalarını quru qoşunlarına təhvil veriblər. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, amerikalı general-mayor Terri Vulff belə bir açıqlama ilə çıxış edib.

Dəniz piyadaları İraqın bu iri əyalətində vəziyyətə 7 il ərzində nəzarət ediblər. 2008-ci ilin sentyabrında Amerika hərbçiləri faktiki olaraq əsas funksiyaları yerli həmkarlarına ötürsələr də, İraq silahlı qüvvələrinə yardım məqsədilə dislokasiya yerlərində qalmaqda davam ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR