Bank Of Baku

İsrailli general: Livanla müharibə qaçılmazdır

İsrailli general: Livanla müharibə qaçılmazdır
# 24 yanvar 2010 04:32 (UTC +04:00)
Bakı-APA. İsrailin şimal dairəsinin keçmiş komandanı general Yosi Peled İsraillə Livan arasında yeni hərbi münaqişənin qaçılmaz olduğunu bildirib.

«Biz şimal sərhədlərindəki münaqişənin yeni raunduna doğru gedirik. Nə mən, nə də başqa kimsə bunun nə vaxt baş verəcəyini bilmir. İkinci Livan müharibəsinin də baş verəcəyini biz əvvəlcədən bilmirdik».

APA-nın MIGnews.com-a istinadən verdiyi məlumata görə, general baş verə biləcək müharibəyə görə məsuliyyəti Livan tərəfinin daşıdığını bəyan edib. «İsrail Yəhudi dövlətinin mövcudluğunu qorumağa borcludur. Livan isə ərazisində dövlət hakimiyyətinə tabe olmayan və 2 xarici dövlət tərəfindən dəstəklənən «Hizbullah» kimi hərbi qruplaşmanın mövcud olduğu yeganə ölkədir. «Hizbullah» həm də hakimiyyətin bir hissəsidir, çünki onun nümayəndələri parlamentdə otururlar. Yeni müharibə başlasa, onun günahkarları Livan və Suriya olacaqlar», deyə Peled əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR