Bank Of Baku

Bin Laden ABŞ-ı yeni terror aktları ilə hədələyib

Bin Laden ABŞ-ı yeni terror aktları ilə hədələyib
# 24 yanvar 2010 15:29 (UTC +04:00)
“Fələstin təhlükəsiz olmayınca, Amerika öz təhlükəsizliyi haqqında xəyal belə edə bilməz. Siz İsrailə dəstəyi davam etdirdikcə, biz də hücumları dayandırmayacağıq”, - deyə Ağ Evin dünyanın 1 nömrəli terrorçusu elan etdiyi bin Laden vurğulayıb.

Bin Laden nigeriyalı Ömər Faruk Əbdülmütallibin “Delta Northwest” aviaşirkətinə məxsus təyyarədə partlayış törətmək cəhdini 11 sentyabrda törədilmiş terror aktı ilə eyniləşdirib.

Lakin bin Ladenin yeni audioyazının nə qədər mötəbər olduğunu söyləmək hələlik mümkün deyil. O, sonuncu dəfə sağ olaraq 2007-ci ildə 11 sentyabrda törədilmiş terror aktının ildönümü münasibətilə yayımladıqları 30 dəqiqəlik videorolikdə görüntülənib. “Əl-Qaidə” lideri həmin görüntüdə ərəb geyimində və ağ əmmamədə olub.

Öz növbəsində, ABŞ müdafiə naziri Robert Qeyts 2009-cu il dekabrın əvvəllərində bin Ladenin yeri barədə artıq neçə ildir ki, heç bir məlumat əldə edə bilmədiklərini etiraf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR