Bank Of Baku

Efiopiya təyyarəsi Aralıq dənizi üzərində qəzaya uğrayıb, 92 nəfər ölüb

Efiopiya təyyarəsi Aralıq dənizi üzərində qəzaya uğrayıb, 92 nəfər ölüb
# 25 yanvar 2010 07:25 (UTC +04:00)
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Livandan Efiopiyaya uçan “Boeing-737-800” təyyarəsi yanvarın 25-də Bakı vaxtı ilə saat 04.10-da havaya qalxıb və 5 dəqiqə sonra radardan itib. Sahildəki yaşayış məskənlərinin sakinləri təyyarənin yana-yana dənizə düşdüyünü görüblər. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 92 nəfər olub. 85 sərnişindən 50-si Livan vətəndaşı, digərlərinin əksəriyyəti isə Efiopiya vətəndaşıdır. Sərnişinlərdən biri Fransanın Livandakı səfirinin xanımıdır.

Artıq Livan sahillərində təyyarənin qalıqları tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR