Bank Of Baku

“Kimyəvi Əli” edam olunub

“Kimyəvi Əli” edam olunub
# 25 yanvar 2010 15:41 (UTC +04:00)
Bakı – APA. Yanvarın 25-də İraqda “Kimyəvi Əli” adı ilə məşhur olan Əli Həsən əl-Macid edam olunub. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, Səddam Hüseynin əmisi oğlu və yaxın silahdaşı olan “Kimyəvi Əli” yanvarın 17-də dördüncü dəfə edama məhkum edilib.

Əli əl-Macid insanlığa qarşı cinayətlərdə suçlanırdı. O, İraq aviasiyasının ölkənin şimalında kürd əhalisinə qarşı kimyəvi silah tətbiq etməsinin təşkilatçılarından olub. Bu istiqamətdə ən qanlı əməliyyatlardan biri 1988-ci ilin martında Hələbcə rayonunda həyata keçirilən “Ənfal” əməliyyatıdır. Bu əməliyyat zamanı 100 mindən 200 minə qədər kürdün öldürüldüyü bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR