Bank Of Baku

Əfqan nazir: «Taliban danışıqlara hazırdır»

Əfqan nazir: «Taliban danışıqlara hazırdır»
# 27 yanvar 2010 04:58 (UTC +04:00)
Bakı. Ziya Ağazadə – APA. Əfqanıstan maliyyə naziri taliblərlə sülhə və barışığa nail olmaq üçün onlara hakimiyyətin bütün sahələrində yer verilməsini təklif edib.

APA-nın «Financial Times»a istinadən verdiyi məlumata görə, nazir bildirib ki, taliblərlə danışıqlar günü sabahdan başlaya bilər, yetər ki, bu istiqamətdə beynəlxalq dəstək olsun. O «Taliban»ın danışıqlara hazır olduğunu bəyan edib.

«Taliban» sözçüsü Zabiullah Mücahid isə xarici qüvvələr ölkədən çəkilib getməyənə qədər hər hansı danışıqların mümkün olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR