Bank Of Baku

Şri-Lankanın hazırkı prezidenti seçkilərdə qalib elan olunub

Şri-Lankanın hazırkı prezidenti seçkilərdə qalib elan olunub
# 27 yanvar 2010 21:58 (UTC +04:00)
Bakı-APA. Şri-Lankanın Mərkəzi Seçki Komissiyası hazırkı prezident Maxindu Racapaksunun keçirilmiş son seçkilərdə qalib olduğunu elan edib

APA-nın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, MSK tərəfindən çərşənbə axşamı dərc olunmuş məlumatlara görə, 64 yaşlı Racjapaksa seçicilərin 57,88%-nin səsini toplayıb.

Lnun əsas rəqibi, müxalifətdən olan namizəd, ölkənin Silahlı qüvvələrinin keçmiş komandanı, general Saratx Fonseka isə 40,15% səs toplayıb.

"Mən elan edirəm ki, Maxinda Racapaksa prezident seçkilərində qalib gəlib", - deyə MSK sədri Dayananda Dissanayake bildirib və onu da əlavə edib Ki, hazırkı prezidentin seçicilərin yarısından çoxunun səsini toplamasına şübhə yoxdur.

Müxalifət isə səsvermənin nəticələrini şübhə altına alaraq nəticələrin saxtalaşdırıldığını bəyan edir.

"Elan olunmuş nəticələr insanların seçkiqabağı kampaniyada müşahidə olunan rüh yüksəkliyini əks etdirmir. Biz heç vaxt bu nəticələri qəbul etməyəcəyik", - deyə general Fonseka bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR