Bank Of Baku

İsrail xüsusi xidmət orqanları HƏMAS-ın hərbi qanadının banisini məhv ediblər

İsrail xüsusi xidmət orqanları HƏMAS-ın hərbi qanadının banisini məhv ediblər
# 29 yanvar 2010 22:37 (UTC +04:00)
Bakı-APA. İsrail xüsusi xidmət orqanları HƏMAS terrorçu təşkilatının hərbi qanadı olan "İzəddin əl-Kasam"-ın banisi, 50 yaşlı Mahmud əl-Mabuhu məhv etməyə müvəffəq olublar.

APA-nın sem40.ru-ya istinadən verdiyi məlumata görə, HƏMAS-ın suriyadakı nümayəndəsi, təşkilatın siyasi bürosunun üzvü İzzət ər-Rişk Reyters agentliyinə müsahibəsində əl-Mabuşun yanvarın 29-da qətlə yetirildiyini təsdiqləyib.

Onun sözlərinə görə, HƏMAS birləşmiş Ərəb Əmirliklərinin müvafiq qurumları ilə birlikdə hadisənin təfərrüatlarını araşdırır.

HƏMAS-dakı mənbələrin məlumatlarına görə, son illər Dəməşqdə yaşayan əl-Mabuh "İzəddin əl-Kasam" Briqadalarının Qəzza sektorunda fəaliyyətini əlaqələndirib və eyni zamanda təşkilatın Suriyadakı siyasi bürosu ilə əlaqələrini təmin edib.
Bundan əlavə, əl-Mabuhun Sudan və Misir ərazisindən keçməklə Qəzza sektoruna silah ötürülməsinə də rəhbərlik edib.

Əl-Mabuhun qohumlarının sözlərinə görə, onun cəsədi elektroşoker və boğulma izləri ilə mehmanxanada tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR