Bank Of Baku

ABŞ-ın pilotsuz təyyarəsinin raket zərbəsi nəticəsində Pakistanda 5 yaraqlı məhv edilib

ABŞ-ın pilotsuz təyyarəsinin raket zərbəsi nəticəsində Pakistanda 5 yaraqlı məhv edilib
# 30 yanvar 2010 01:11 (UTC +04:00)
Bakı-APA. Cümə günü axşam saatlarında ABŞ-a məxsus pilotsuz uçuş aparatı Pakistanın Əfqanıstanla həmsərhəd ərazisinə 3 raket zərbəsi endirib. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hava hücumu nəticəsində Ən azı 5 nəfər həlak olub.

Xatırladaq ki, ABŞ-ın pilotsuz təyyarələri vaxtaşırı olaraq Pakistanın Şimal-qərbində yerləşən və şərti olaraq Tayfalar zonası adlandırılan əraziyə zərbələr endirir. Hesab olunur ki, «Əl-Qaidə» və «Taliban» qruplaşmalarında əvvəllər qulluq etmiş yaraqlılar məhz bu ərazilərdə gizlənir.

Taylara zonası adlanan Şimali Vazaristanın hakimiyyət dairələrinin verdiyi məlumata görə, pilotsuz təyyarə yaraqlıların Muhamməd-Heli yaşayış məntəqəsində yerləşən düşərgəsinə raket zərbəsi endirib.

Məlumatda deyilir ki, atəşə tutulmuş düşərgə «Taliban» qruplaşmasının yerli bölməsinin – Siracuddin Hakkaninin dəstəsinin üzvlərinin sığınacağı olub. Qeyd edək ki, məhz bu qruplaşmanın üzvləri Əfqanıstan sərhədi boyunca koalisiya qüvvələrinə müqavimət göstərirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR