Bank Of Baku

İranla İraq arasında iki dəmir yol xətti çəkiləcək

İranla İraq arasında iki dəmir yol xətti çəkiləcək
# 30 yanvar 2010 09:44 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran İslam Respublikası və İraqı bir-birinə bağlayacaq iki dəmir yolu xətti çəkiləcək. APA-nın “Mehrnews”a istinadən verdiyi məlumata görə, bunu İran dəmir yol idarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Abbas Nəzəri deyib. O, İranla İraqı birləşdirən Xorrəmşəhr-Şələmçə-Bəsrə dəmir yolu xəttinin 51 km olacağını bildirib. Dəmir yolunun 16 kilometri İran ərazisində olacaq. Hazırda daxili imkanlar hesabına xəttin 90%-i inşa edilib.
A. Nəzəri İraqın bu dəmir yolu vasitəsilə Pakistan, Əfqanıstan, Fars körfəzi və digər region ölkələrinə çıxışının təmin olunacağını deyib. Xətt istifadəyə verildikdən sonra bu yolla İranla İraqın illik yük mübadiləsi 1,5 milyon ton olacaq. İkinci dəmir yol xətti isə Ərak-Kermanşah-Xosrəvi istiqamətində çəkiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR