Bank Of Baku

Pakistanda bomba partlayışı nəticəsində 25 nəfər ölüb

Pakistanda bomba partlayışı nəticəsində 25 nəfər ölüb
# 30 yanvar 2010 23:43 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Pakistanın Taliban və Əl-Qaidə döyüşçülərinin geniş yayıldığı Cənub-qərb vilayətində bazar yaxınlığında naməlum terrorçu-kamikadzenin bombanı işə salması nəticəsində dəhşətli partlayış baş verib.

APA-nın “Ria Novosti”ə istinadən verdiyi məlumata görə, rəsmilər terrorçu-kamikadzenin Bajur rayonunda bazar ərazisində törətdiyi partlayış nəticəsində 14 mülki şəxsin və 2 polis işçisinin həlak olduğu və 20 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, bu partlayışlar Pakistan hökumətinin son zamanlar Cənubi Vəziristan vilayətində Taliban döyüşçülərinə qarşı apardığı əməliyyatlardan sonra başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR