Bank Of Baku

Tehranın “Evin” həbsxanasının qarşısında etiraz aksiyası keçirilib

Tehranın “Evin” həbsxanasının qarşısında etiraz aksiyası keçirilib
# 01 fevral 2010 18:40 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Tehran şəhərində fevralın 1-də axşam saatlarında “Evin” həbsxanasının qarşısında etiraz aksiyası keçirilib. APA-nın “Emrooz”a istinadən verdiyi məlumata görə, Tehranda baş verən son aksiyalar və 27 dekabr 2009-cu il Aşura günü həbs edilənlərin yaxınlarının iştirak etdiyi aksiya saat 18.00 radələrində baş tutub.

Aksiya iştirakçıları İran İslam İnqilabının banisi İmam Xomeyninin Parisdən İrana dönməsinin 31-ci ildönümü günündə edam hökmünün ləğvini, yaxınlarının tezliklə azadlığa buraxılmalarını və məhkəmə proseslərinə son qoyulmasını tələb ediblər.

Təqribən 600-800 nəfərin iştirak etdiyi aksiyaya polis müdaxilə etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR