Bank Of Baku

İran Xarici İşlər Naziri Türkiyənin Tehrandakı səfirini qəbul edib

İran Xarici İşlər Naziri Türkiyənin Tehrandakı səfirini qəbul edib
# 01 fevral 2010 20:06 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın xarici işlər naziri fevralın 1-də Türkiyənin Tehrandakı səfiri Səlim Karaoğlunu səlahiyyət müddətinin başa çatması münasibəti ilə qəbul edib.

APA-nın “İSNA”ya istinadən verdiyi məlumata görə, İranın xarici işlər naziri Manuçöhr Mottəki İran və Türkiyə arasında əlaqələrin son illər möhkəmləndiyini bildirib: “Türkiyə və İran ikitərəfli əlaqələrinin güclənməsində, regionda və beynəlxalq aləmdə mühüm məsələlərin həllində birgə uğurlu nailiyyətlər əldə etməkdədirlər”.

M.Mottəki ikitərəfli münasibətlərin inkişafında Türkiyənin İrandakı səfirinin mühüm rol oynadığını və onun bu istiqamətdə çalışmalarının əvəzsiz olduğunu bildirib.

Öz növbəsində, iki ölkənin ticarət, iqtisadi və siyasi əlaqələrini yüksək dəyərləndirən səfir Türkiyənin Tehrandakı səfiri Səlim Karaoğlu Tİranda işlədiyi müddət ərzində iki ölkənin hərtərəfli əlaqələrinin inkişafında ona yardımçı olduqlarına görə M.Mottəkiyə təşəkkür edib və bundan sonra da Türkiyə ilə İran arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR