Bank Of Baku

İsrail: «Türkiyə səfiri vəzifəsini tərk edir»

İsrail: «Türkiyə səfiri vəzifəsini tərk edir»
# 02 fevral 2010 18:43 (UTC +04:00)
Bakı-APA. İsrail mediası, İsrail xarici işlər nazirliyindən əldə olunmuş məlumatlara əsasən, Türkiyənin Təl-Əviv səfiri Oğuz Çelikkolun bu günlərdə «şəxsi səbəblərlə» vəzifəsini tərk edəcəyi barədə məlumat yayıb.

APA-nın məlumatına görə, İsrailin «Yedioth Ahronoth» gəzetinin internet saytında, «Türkiyənin İsraildəki səfiri Ahmet Oğuz Çelikkolun şəxsi səbəblərlə vəzifəsini tərk edəcəyi» bildirilir. Qəzet həmçinin İsrail XİN-dəki mənbədən əldə etdiyi məlumata əsasən Çelikkolun bir Avropa ölkəsinə səfir göndərilə biləcəyini yazıb.

Xatırladaq ki, yanvarın 11-də Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkol bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Nazir müavini Dani Ayalon Türkiyədə yayımlanan «Qurdlar vadisi» teleserialında İsrail və yəhudilər əleyhinə təbliğata yer verildiyini bildirərək, ölkəsinin bundan narahat olduğunu rəsmi şəkildə səfirin nəzərinə çatdırıb. Lakin görüşdə diplomatik qalmaqal yaşanıb. Belə ki, səfir əvvəlcə qapıda bir qədər gözlədilib. Türk diplomat otağa daxil olduqda nazir müavini onunla salamlaşmayıb. Bundan başqa, O.Çelikkol D.Ayalonun əyləşdiyi kreslodan daha alçaqda olan divanda əyləşdirilib. D.Ayalon ibrani dilində jurnalistlərə bildirib: “Onun bizdən daha aşağıda oturduğunun və masada tək bayraq olduğunun görünməsini istərdik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR