Bank Of Baku

JAL aviaşirkətinin «Boinq-737» təyyarəsi Tokioda enməyə məcbur olub

JAL aviaşirkətinin «Boinq-737» təyyarəsi Tokioda enməyə məcbur olub
# 03 fevral 2010 04:32 (UTC +04:00)
Bakı-APA. Yaponiyanın JAL aviaşirkətinin təyyarəsi fevralın 3-ü səhər saatlarında mühərrikdəki yanğın səbəbilə Tokionun Xaneda hava limanına enməyə məcbur olub.

APA-nın yapon KİV-nə istinadən verdiyi məlumata görə, Tokiodan Xokkaydoya uçan «Boinq-737» təyyarəsi havaya qalxdıqdan bir qədər sonra sol mühərrik alışıb. 18 dəqiqədən sonra təyyarə enməyə məcbur olub.

Təyyarədə 121 sərnişin və 6 nəfər heyət üzvü olub. Heç kəs xəsarət almayıb.

Hazırda aviaşirkət alışmanın səbəblərini araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR