Bank Of Baku

Qəndəharda partlayış nəticəsində altı nəfər ölüb; 20-yə yaxın insan yaralanıb

Qəndəharda partlayış nəticəsində altı nəfər ölüb; 20-yə yaxın insan yaralanıb
# 04 fevral 2010 23:57 (UTC +04:00)
Bakı – APA. Əfqanıstanın Qəndəhar vilayətində avtomobildə quraşdırılmış bombanın partlaması bir neçə nəfərin həyatına son qoyub, 20-yə yaxın insan yaralanıb. Məlumatı APA RİA Novosti agentliyinə istinadən yayıb.

Qeyd edək ki, partlayıcı maddələrlə dolu avtomobil “Nadim” restoranının qarşısında partladılıb. Qəndəhar Polis rəisi Məhəmməd Zazayın RIA Novosti-yə verdiyi məlumata partlayış nəticəsində 2 nəfər ölüb və 14 nəfər yaralanıb. O bu siyahının artacağını bildirib. Əfqanıstanın “Pecvok” agentliyinin yaydığı məlumatda isə 6 öldüyü və 20 nəfərin yaralandığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR