Bank Of Baku

İranda azərbaycanlı vicdan məhbusunun səhhəti ağırlaşıb

İranda azərbaycanlı vicdan məhbusunun səhhəti ağırlaşıb
# 06 fevral 2010 16:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Səid Mətinpurun həbsxanada səhhəti ağırlaşıb.

İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, hazırda Tehranda yerləşən “Evin” cəzaçəkmə müəssisəsində saxlanılan S.Mətinpurun ürəyində ciddi ağrılar başlayıb.

S. Mətinpurun səhhətinin pisləşməsinə səbəb həbsxanada ona qarşı işgəncə hallarının baş verməsi olub. Vəziyyətinin pis olmasına baxmayaraq, azərbaycanlı məhbusa lazımi səviyyədə tibbi yardım göstərilmir. Həyat yoldaşı Ətiyyə Tahirinin onunla görüşməsinə də imkan verilməyib.

Qeyd edək ki, jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur Tehran İnqilab Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, casusluq və hakimiyyət əleyhinə mübarizədə ittiham olunub.

S.Mətinpur 2006-cı ilin may hadisələri və Beynəlxalq Ana Dili günündə İran hüquq-mühafizə qüvvələri tərəfindən həbs edilib, aylarla ağır işgəncə və təzyiqə məruz qalıb, sonra isə külli miqdarda girov qoymaqla müvəqqəti azadlığa buraxılıb.

“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı Səid Mətinpuru vicdan məhbusu elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR