Bank Of Baku

MAQATE sədri: “İran nüvə məsələsi ilə bağlı heç bir yeni təklif irəli sürməyib”

MAQATE sədri: “İran nüvə məsələsi ilə bağlı heç bir yeni təklif irəli sürməyib”
# 06 fevral 2010 20:17 (UTC +04:00)
Bakı – APA. Rəsmi İran danışıqlar zamanı nüvə proqramı ilə bağlı heç bir yeni təklif irəli sürməyib. Bunu İranın xarici işlər naziri Manüçöhr Mottaki ilə görüşündən sonra Beynəlxalq Atom agentliyinin (MAQATE) sədri Yakiya Amano deyib.

APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, Mottaki MAQATE rəhbəri ilə İran rəsmiləri arasında çox məhsuldar görüş keçirildiyini vurğulayıb. Görüş zamanı hər iki tərəf uranın zənginləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Bir qədər əvvəl Rusiyanın xarici işlər naziri (XİN) Sergey Lavrovla görüşündən sonra Mottaki bildirib ki, İran az zənginləşdirilmiş uranın xaricdə 20%-ə qədər zənginləşdirilmiş uranla dəyişmək barəsində MAQATE ilə razılığa gəlib və indi mübadilənin nə vaxt, harada və hansı şəraitdə aparılacağı müzakirə olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR