Bank Of Baku

Mirhüseyn Musəvinin baş müşaviri Behişti azadlığa buraxılıb

Mirhüseyn Musəvinin baş müşaviri Behişti azadlığa buraxılıb
# 10 fevral 2010 07:18 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran müxalifətinin liderlərindən olan Mirhüseyin Musəvinin baş müşaviri Əlirza Behişti azad edilib. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, istintaqın davam etməsinə baxmayaraq, Tehran prokurorluğu Əlirza Behiştinin şəxsiyyətini təsdiq edən vəsiqəni saxlayaraq onu azadlığa buraxıb.

Qeyd edək ki, Tehran polisi 2009-cu il dekabrın 27-də - Aşura günü Tehranda baş verən toqquşmalardan sonra kütləvi həbslər keçirib. Bu zaman Mirhüseyn Musəvinin müşavirlərindən olan Əlirza Behişti Şirazi də həbs olunub. Əlirza Behişti İran İslam Respublikası məhkəmə sisteminin ilk rəhbəri, 1980-ci ildə terror aktı nəticəsində qətlə yetirilən ayətullah Məhəmməd Behiştinin oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR