Bank Of Baku

İranda 5 milyondan çox qadın “Bəsic”in üzvüdür

İranda 5 milyondan çox qadın “Bəsic”in üzvüdür
# 10 fevral 2010 11:09 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranda 5 milyon 250 min qadın “Bəsic” (“Könüllülər”) təşkilatının üzvüdür. APA-nın “Mehrnews”a istinadən verdiyi məlumata görə, bu barədə İranın “Bəsic” təşkilatının qadınlar şurasının rəhbəri, xanım Minu Aslani Semnan əyalətində “Qadın, İslam İnqilabı və İnsani şəxsiyyətin qayıtması” adlı konfransda bildirib.

O deyib ki, qadınlardan ibarət könüllü dəstə təkcə müharibədə döyüşüb, yardımçı dəstələrdə fəaliyyət göstərmir, onlar elmi araşdırmalarda, mədəniyyət, idman və digər sahələrdə də çalışırlar.

M. Aslani İslam İnqilabından ötən müddət ərzində ölkədə savadlı qadınların sayının 97%-ə çatdığını deyib. İnqilabdan əvvəl isə bu rəqəm 46% olub.

O, inqilabdan sonra İran qadınının müxtəlif sahələrdə işləməsi üçün lazımi şərait yaradıldığını, onun azadlığının tam təmin olunduğunu da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR