Bank Of Baku

İranda bərənin açılışı zamanı körpü uçub, tədbir iştirakçıları, o cümlədən rəsmi şəxslər suya düşüblər

İranda bərənin açılışı zamanı körpü uçub, tədbir iştirakçıları, o cümlədən rəsmi şəxslər suya düşüblər
# 10 fevral 2010 14:42 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Hörmüzgan əyalətində sərnişin bərəsinin açılışı zamanı xoşagəlməz hadisə baş verib. APA-nın İLNA-ya istinadən verdiyi məlumata görə, İran İslam İnqilabının 31-ci ildönümü münasibətilə İranın Hörmüzgan əyalətindəki Sayadi limanında “Hörmüz” adlı böyük sərnişin bərəsinin açılışı zamanı bərənin yan aldığı körpü uçub. Körpü ilə yanaşı, bərənin də bir hissəsi sınıb. Nəticədə sərnişinlər, açılışda iştirak edən vəzifəli şəxslər və jurnalistlər suya tökülüblər. Hadisəyə həddindən artıq yüklənmənin səbəb olduğu bildirilir. Suya düşənlər arasında açılışda iştirak edən əyalət rəhbərliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dövlət və hökumət təmsilçiləri də olub.

Uzun sürən çalışmalardan sonra xilasedicilər suya düşənləri xilas ediblər. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Qeyd edək ki, bərə və körpü 3 il ərzində hazırlanıb və İranın həyata keçirdiyi ən böyük layihələrdən hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR