Bank Of Baku

Davudoğlu gələn həftə İrana gedəcək

Davudoğlu gələn həftə İrana gedəcək
# 10 fevral 2010 23:32 (UTC +04:00)
Bakı_APA. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, Tehranın Qərblə İran arasında mübahisələrə səbəb olan və neçə ildir həll edilə bilməyən nüvə proqramı ilə əlaqədar danışıqlar üçün gələn həftə İrana gedəcək. Bu barədə APA «Amerikanın səsi» radiostansiyasına istinadən xəbər verir.

Davudoğlunun çərşənbə axşamı günü İran səfəri barədə verdiyi açıqlama Tehranın uranın 20 faiz nisbətində zənginləşdirilməsinə başlaması barədə bəyanatından bir neçə saat sonraya təsadüf edir.

Türkiyənin xarici işlər naziri Davudoğlu səfəri zamanı, İranın nüvə proqramı ilə əlaqədar yaranmış qarşıdurmaya diplomatik bir həll çarəsi tapılması üçün İranın prezidenti Mahmud Əhmədinejad və xarici işlər naziri Manuçöhrr Möttəki ilə görüşməyi planlaşdırdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR