Bank Of Baku

Pakistanın şimal-qərb bölgəsində intiharçı polis məntəqəsinə hücum edib

Pakistanın şimal-qərb bölgəsində intiharçı polis məntəqəsinə hücum edib
# 11 fevral 2010 02:38 (UTC +04:00)
Bakı-APA. Pakistanın şimal-qərbində polis yoxlama məntəqəsində intiharçı bomba hücumu nəticəsində yeddi polis zabiti də daxil olmaqla 13 nəfər həlak olub. Bu barədə APA «Amerikanın səsi» radio-stansiyasına istindən məlumat verir.

Ölkə rəsmilərinin sözlərinə görə, hücum qəbilələrin yaşadığı Xeybər regionunda əsas şose yolunda baş verib. Onlar bildirir ki, intiharçı üzərindəki bombanı polis maşının yanında partladıb. 15 adamın yaralandığı bildirilir.

Hələlik hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Xeybər şosesi Əfqanıstana gedən ən məşğul nəqliyyat yoludur. Taliban döyüşçüləri Pakistanın yerli təhlükəsizlik qüvvələri və Əfqanıstanda koalisiya qüvvələrinə təchizat daşıyan NATO-nun yük maşınlarına burada tez-tez hücumlar edir.

Keçən ildən başlayaraq, Pakistanın hərbi qüvvələri Xeybər də daxil olmaqla, qəbilələrin yaşadığı regionda bir neçə yerdə yaraqlıların istehkamlarını hədəf almışdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR