Bank Of Baku

İranda İslam İnqilabının 31-ci ildönümü qeyd olunur - FOTOSESSİYA

İranda İslam İnqilabının 31-ci ildönümü qeyd olunur - <font color=red>FOTOSESSİYA</font>
# 11 fevral 2010 10:32 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranda İslam İnqilabının 31-ci ildönümü - İranın Milli günü münasibəti ilə paytaxt Tehranda, eləcə də İranın bütün şəhərlərində nümayişlər keçirilir. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, nümayişlərə bütün təbəqələrdən olan insanlar, eləcə də dövlət və hökumət nümayəndələri qatılıblar. Prezident Mahmud Əhmədinejad da nümayişçilər arasında olub, Tehranda böyük izdihamın qarşısında çıxış edərək, İranın Milli günü və “Natanz” nüvə stansiyasında uranın 20% zənginləşdirilməsinə başlaması münasibəti ilə xalqı təbrik edib.
Mitinqdə “İstiqlal, Azadlıq, İslam Respublikası”, “Amerikaya ölüm!”, “İsrailə ölüm!” “Allahu Əkbər”, “Canım rəhbərə fəda” kimi şüarlar səsləndirilib. Məlumata əsasən, nümayişdə müxalifət rəhbərləri də iştirak ediblər.
Qeyd edək ki, İranın televiziya kanalları ölkənin hər yerindən nümayişləri canlı yayımlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR