Bank Of Baku

İranda müxalifət liderləri hücuma məruz qalıb, həbs olunanlar var

İranda müxalifət liderləri hücuma məruz qalıb, həbs olunanlar var
# 11 fevral 2010 11:09 (UTC +04:00)
Bakı – APA. İranda islam inqilabının 31-ci ildönümü münasibətilə keçirilən nümayiş zamanı qarşıdurma yaranıb. APA-nın məlumatına görə, İran müxalifətinə yaxın “Jaras” saytı müxalifət liderlərindən biri olan Mehdi Kərrubinin hücuma məruz qaldığını xəbər verib. M. Kərrubinin avtomobilinin şüşələri sındırılıb, amma onun özü yaralanmayıb. Eyni portal sabiq prezident Məhəmməd Hatəmiyə də hücum edildiyini bildirib. Hadisələr zamanı mərhum Xomeyninin nəvəsi Zəhra Əşraki və həyat yoldaşı Məhəmməd Rza Hatəminin polis tərəfindən saxlanıldığı iddia edilir. M. R. Hatəmi keçmiş prezidenti M. Hatəminin qardaşıdır. M. Kərrubinin oğlunun da saxlanılanlar arasında olduğu xəbər verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR