Bank Of Baku

Pakistanda baş vermiş terror aktında 11 nəfər həlak olub

Pakistanda baş vermiş terror aktında 11 nəfər həlak olub
# 11 fevral 2010 17:55 (UTC +04:00)
Bakı-APA. Pakistanın Bannu şəhərində baş vermiş terror aktında 11 nəfər həlak olub, 20-dən artıq insan yaralanıb. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, yaralananlar arasında şəhərin polis rəisi də var.

Yerli polis nümayəndəsinin bildirdiyinə görə, terrorçu-kamikadzelər demək olar ki, eyni vaxtda partlayıcı qurğuları işə salıblar. Hələlik terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR