Bank Of Baku

Polis forması geyinmiş terrorçu Əfqanıstandakı ABŞ bazasını partladıb

Polis forması geyinmiş terrorçu Əfqanıstandakı ABŞ bazasını partladıb
# 11 fevral 2010 21:41 (UTC +04:00)
Bakı-APA. Polis forması geyinmiş terrorçu şərqi Əfqanıstandakı ABŞ hərbi bazasına daxil olaraq özünü partladıb. APA-nın Associated Press-ə istinadən verdiyi məlumata görə, insident fevralın 11-dən 12-nə keçən gecə Pakistan sərhədi yaxınlığında Dand-au-Patan adlı yerdə baş verib.

Yerli rəsmilərin verdiyi məlumata görə, hadisə nəticəsində 5 hərbçi yaralanıb.

Partlayış Əfqanıstandakı Amerika hərbçilərinin taliblərin gizləndiyi Marceh şəhərinə hücumu davam etdirdiyi bir vaxtda həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR