Bank Of Baku

Çin ABŞ-dan Barak Obama və Dalay-lamanın görüşünü təxirə salmağı tələb edir

Çin ABŞ-dan Barak Obama və Dalay-lamanın görüşünü təxirə salmağı tələb edir
# 12 fevral 2010 04:21 (UTC +04:00)
Bakı-APA. Çin rəsmiləri ABŞ-dan prezident Barak Obama və Tibet lideri Dalay-lama arasındakı görüşü dərhal təxirə salmağı tələb edirlər. APA-nın məlumatına görə, bu barədə Frans Press agentliyi ÇXR xarici işlər nazirliyinin rəsmisi Ma Çjasuya istinadən xəbər verib.

Cümə axşam Ağ Evin rəsmi nümayəndəsi Robert Gibbs Obamanın Dalay-lama ilə fevralın 18-də görüşəcəyini bildirib.

Pekin Hindistanda mühacir həyatı yaşayan Dalay-lamanı Tibeti Çindən ayırmağa cəhd etməkdə günahlandırır və əcnəbi liderləri Çinin ərazi bütövlüyünə hörmət edərək Dalay-lama ilə görüşməməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR