Bank Of Baku

Mumbaidə baş vermiş terror aktlarında şübhəli bilinən şəxsin vəkili güllələnib

Mumbaidə baş vermiş terror aktlarında şübhəli bilinən şəxsin vəkili güllələnib
# 12 fevral 2010 04:54 (UTC +04:00)
Bakı-APA. Hindistanda 2008-ci ilin noyabrında Mumbaidə həyata keçirilmiş terror aktlarında şübhəli bilinən Fəhim Ənsarinin vəkili Şahid Əzmi öldürülüb. Məlumatı APA BBC News-a istinadən yayıb.

Əzmi Mumbainin şimal rayonlarından olan Kurladakı ofisində güllələnib.

Onun müdafiə etdiyi Fəhim Ənsari 166 nəfərin ölümü ilə nəticələnmiş terror aktını həyata keçirənlərə kömək etməkdə günahlandırılır. Bu işdə əsas şübhəli isə Pakistan vətəndaşı Məhəmməd Əcmal Əmir Kəsabdır. Terror aktını həyata keçirmiş 10 nəfərdən yalnız o sağ qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR