Bank Of Baku

Təbrizə səfər etmək istəyən Mirhüseyn Musəvi yerli əhalinin etirazı ilə qarşılanıb

Təbrizə səfər etmək istəyən Mirhüseyn Musəvi yerli əhalinin etirazı ilə qarşılanıb
# 12 fevral 2010 15:15 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Təbriz əhalisi İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvinin bu şəhərə səfər etməsinə etiraz ediblər. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə, Musəvi fevralın 11-də axşam saat 21.30-da İranın “Ata” Hava Yollarına məxsus 5206 saylı təyyarə reysi ilə Təbriz şəhərinə səfər etməli olsa da, bundan xəbər tutan yerli əhali kütləvi sürətdə Təbriz Hava Limanına axışıb. Hava limanının bütün çıxış yollarını bağlayan əhali Musəvinin gəlişinə qəti etiraz bildirib.

Bundan xəbər tutan müxalifət lideri Təbrizə səfərini təxirə salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR