Bank Of Baku

Gürcüstan İsraildən yeni silah partiyası alacaq

Gürcüstan İsraildən yeni silah partiyası alacaq
# 12 fevral 2010 19:21 (UTC +04:00)
Bakı-APA. Rusiya KİV-lərinin məlumatlarına görə, İsrailin «Ropadia Ltd» şirkəti ilə Gürcüstan arasında yeni iri miqyaslı silah partiyasının alınması barədə müqavilə hazırlanır.

APA-nın newsru.co.il-ə istinadən verdiyi məlumata görə, Rusiyanın xüsusi xidmət orqanları İsrailin «qeyri-hökumət kanalları vasitəsilə» silah təchizatı ilə məşğul olduğunu bildirirlər.

Belə ki, Kiprdə qeydiyyatdan keçmiş “Ropadia Ltd” firması Gürcüstana 50 min ədəd AKS-74 Kalaşnikov avtomatı, min ədəd RPQ-7 qumbaraatanı və onlar üçün 20 min ədəd qumara, habelə 15 min ədəd 5,56 mm kalibrli tüfəng (M-16 və ya "Qalil") satacaq. Bu alqı-satqı Bplqarıstanın "Arsenal" şirkəti vasitəsilə həyata keçirilməlidir.

Hazırda İsrail KİV-ləri bu məlumatları şərh etmirlər.

Xatırladaq ki, ötən ilin noyabr ayında Rusiya Silahlı qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Aleksandr Şlyaxturov Gürcüstana silahın əvvəllər də olduğu kimi İsrail, Ukrayna və NATO ölkələrindən gətirildiyini bildirmişdi.

Onun sözlərinə görə, İsrail Gürcüstanı pilotsuz təyyarələr, Ukrayna tanklar və hava hücumundan müdafiə vasitələri, NATo ölkələri isə atıcı silahlarla təchiz edirlər. Bundan əlavə, ABŞ mütəxəssisləri Gürcüstan ordusunun şəxsi heyətinə NATO proqramları üzrə təlim keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR