Bank Of Baku

NATO qüvvələri “Taliban”ın nəzarətində olan Mərzə şəhərini ələ keçiriblər

NATO qüvvələri “Taliban”ın nəzarətində olan Mərzə şəhərini ələ keçiriblər
# 13 fevral 2010 12:01 (UTC +04:00)
Kabul-APA. NATO qüvvələri və Əfqanıstan ordusu “Taliban” hərəkatının nəzarətində olan Gilmənd vilayətinin Mərcə şəhərini ələ keçirib. APA-nın məlumatına görə, şəhərin ələ keçirilməsi məqsədilə dünən gecədən başlanan əməliyyatda 5 silahlı öldürülüb, 8 nəfər əsir götürülüb. Dinc əhali arasında itkilər yoxdur. Bölgədəki əfqan qoşunlarının komandanı, general Şer Məhəmməd Zazay taliblərin çox zəif müqavimət göstərdiyini açıqlayıb. Artıq koalisiya üvvələri Mərcə şəhəri və ətrafında 13 strateji nöqtədən 11-ni ələ keçiriblər. Qeyd edək ki, Mərcə Əfqanıstanın cənub bölgəsində ən böyük şəhərdir və narkotik və silah qaçaqmalçılığının mərkəzi sayılır. Şəhərin əhalisi 120 min nəfərdən artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR