Bank Of Baku

Hindistanda törədilən terror aktı nəticəsində 8 nəfər həlak olub, 33 nəfər yaralanıb

Hindistanda törədilən terror aktı nəticəsində 8 nəfər həlak olub, 33 nəfər yaralanıb
# 13 fevral 2010 18:20 (UTC +04:00)
Bakı - APA. Fevralın 13-də Hindistanın Puna şəhərində terror aktı törədilib. APA-nın “Röyter”ə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində ən azı 8 nəfərin həlak olduğu bildirilir.

Partlayıcı vasitə populyar “German Bakery” qəlyanaltı dükanında işə düşüb. Partlayış zamanı içəridə xeyli əcnəbi və turist olub. Polis zabiti Racendra Soneyn (Rajendra Sonawane) hadisə yerindən 8 nəfərin həlak olduğunu, 33 nəfərin isə yaralandığını xəbər verib.

Qeyd edək ki, Puna şəhəri Mumbai (keçmiş Bombey) şəhərindən 150 km cənub-şərqdə, Hindistanın qərbindəki Maharşta ştatında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR