Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: İslamofobiya antisemitizm qədər təhlükəlidir

Rəcəb Tayyib Ərdoğan: İslamofobiya antisemitizm qədər təhlükəlidir
# 13 fevral 2010 20:27 (UTC +04:00)
Bakı-APA. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohada keçirilən «ABŞ-islam dünyası» forumundakı çıxışında «terrorla mübarizə edərkən hədəfin dəyişdirilib geniş bir kütlənin narahat edilməsi mübarizəyə zərər verəcək», deyə bildirib.

APA-nın məlumatına görə, Ərdoğan islamofobiyanın irqçilik, antisemitizm, qədər təhlükəli olduğunu bildirib. «İslamofobiya irqçiliyin bir növüdür. Ağlı və vicdanı olan bütün insanlar irqçiliyə qarşı çıxmalıdırlar. Dünyada heç bir terror aktı, onu həyata keçirənlərin və ya təşkilatın dini inanclarıyla adlandırılmır. Lakin bəzi terror aktlarından sonra 1,5 milyardlıq islam dünyası hədəf seçilməklə aşağılanır», deyə o bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR