Bank Of Baku

Somalinin idman naziri Səudiyyə Ərəbistanında vəfat edib

Somalinin idman naziri Səudiyyə Ərəbistanında vəfat edib
# 14 fevral 2010 02:05 (UTC +04:00)
Bakı-APA. Ötən ilin dekabrında Moqadişo şəhərində həyata keçirilmiş terror aktı nəticəsində ağır yaralanmış Somalinin idman naziri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı xəstəxanalardan birində vəfat edib.

APA-nın məlumatına görə, bununla sözügedən terror aktından həlak olan nazirlərin sayı 4-ə çatıb. Kamikadze-terrorçunun o zaman həyata keçirdiyi partlayış nəticəsində səhiyyə, təhsil və ali təhsil nazirləri həlak olmuşdular.

Daha yarım il öncə isə başqa bir terrorçu ölkənin təhlükəsizlik nazirini qətlə yetirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR