Bank Of Baku

Hindistan DİN: Puna şəhərindəki partlayış planlı terror aktı olub

Hindistan DİN: Puna şəhərindəki partlayış planlı terror aktı olub
# 14 fevral 2010 03:36 (UTC +04:00)
Bakı-APA. Hindistanın daxili işlər naziri Palanyappan Çidambaram Puna şəhərində restoranın yaxınlığında baş vermiş partlayışın planlı terror aktı olduğunu bildirib.

Yerli polisin son məlumatlarına əsasən, partlayış nəticəsində 9 nəfər həlak olub, 48 nəfər yaralanıb. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, həlak olanlardan biri əcnəbidir.

Hadisə ilə bağlı Hindistanın bütün ştatlarında hüquq-mühafizə orqanları yüksək hazırlıq vəziyyətinə gətiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR