Bank Of Baku

Hindistan Rusiyadan əlavə MiQ-29-lar ala bilər

Hindistan Rusiyadan əlavə MiQ-29-lar ala bilər
# 14 fevral 2010 02:46 (UTC +04:00)
Bakı-APA. Hindistan Rusiyanın MiQ-29K qırıcılarının əlavə partiyasının alınması barədə müqavilə imzalaya bilər. APA-nın məlumatına görə bu barədə Hindistanın İANS agentliyi Rusiyadakı mənbəyinə istinadən xəbər verib.

Mənbənin bildirdiyinə görə, Hindistanəlavə 29 ədəd aviadaşıyanların üzərinə enə bilən MiQ-29K göyərtə qırıcısı ala bilər. Bu təyyarələr hazırda Hindistanın istifadə etdiyi Britaniya istehsalı olan Sea Harrier qırıcılarını əvəz edəcəklər.

Müqavilə 1,2 milyard dollar dəyərində olmalıdır. İANS müqavilənin mart ayında Rusiya baş naziri Vladimir Putinin Hindistana səfəri çərçivəsində imzalana biləcəyini qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR