Bank Of Baku

İran uranı 20 faiz zənginləşdirməyə nail olduğunu bəyan edib

İran uranı 20 faiz zənginləşdirməyə nail olduğunu bəyan edib
# 15 fevral 2010 07:29 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Atom Enerjisi Qurumunun rəhbəri Əliəkbər Salehi Tehran nüvə reaktoru araşdırmalar mərkəzinin heç vaxt bağlanmayacağını bildirib. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, Ə. Salehi deyib ki, ABŞ-ın dəfələrlə Tehrana nüvə reaktoru araşdırma mərkəzinin bağlanması təkliflərinə rəğmən, bu heç vaxt baş verməyəcək: “Biz heç vaxt nüvə məsələlərinə aid araşdırmalarımızı dayandırmayacağıq və bu sahədə təhqiqatlarımızı daha da gücləndirəcəyik. Bəzi Qərb ölkələri İranın uranı zənginləşdirməsinə şübhə ilə yanaşır, amma mən bəyan edirəm ki, biz artıq uranı 20 faiz zənginləşdirməyə nail olmuşuq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR