Bank Of Baku

NATO-nun Gilmənd vilayətində keçirdiyi əməliyyat zamanı ən azı 12 dinc sakin ölüb

NATO-nun Gilmənd vilayətində keçirdiyi əməliyyat zamanı ən azı 12 dinc sakin ölüb
# 15 fevral 2010 07:44 (UTC +04:00)
Kabil-APA. NATO qüvvələrinin Gilmənd vilayətində keçirdiyi əməliyyat zamanı ən azı 12 dinc sakin həlak olub. APA-nın məlumatına görə, şəhər sakinləri koalisiya qüvvələrinin açdığı raket atəşinin qurbanı olublar. Əfqanıstan prezidenti Həmid Kərzayi insidentlə bağlı araşdırmaların aparılacağını bildirib. Xatırladaq ki, koalisiya komandanlığı “Taliban” qüvvələrinin nəzarətində olan Mərcə şəhərinin tam ələ keçirildiyini bəyan edib. Əməliyyat zamanı ən azı 40 silahlı öldürülüb. “Müştərək” kod adı altında NATO qüvvələri və Əfqanıstan ordusunun keçirdiyi birgə əməliyyat barədə əhali əvvəlcədən xəbərdarlıq edilib, nəticədə şəhər sakinlərinin əksəriyyəti Gilmənd vilayətinin paytaxtı Ləşkər Qax şəhərinə köç ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR