Bank Of Baku

İran prezidenti: “Nüvə silahı əldə etmək istəsək, bunu çoxdan edərdik”

İran prezidenti: “Nüvə silahı əldə etmək istəsək, bunu çoxdan edərdik”
# 15 fevral 2010 08:30 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “İran nüvə silahına malik olmadan da özünü müdafiə etməyə qadirdir, bizim nüvə silahına ehtiyacımız yoxdur”. APA-nın “İSNA”ya istinadən yaydığı məlumata görə, bu bəyanatla İran prezidenti Mahmud Əhmədinejad çıxış edib. O, artıq nüvə silahının dünyada öz əhəmiyyətini itirməyə başladığını bildirib: “Artıq dünyada atom silahı elə bir gücə malik deyil. Məgər SSRİ-ni nüvə silahı hesabına dağıtdılar? İraq və Əfqanıstanda atom silahı ABŞ-a hansısa köməklik edibmi? Fələstin, Qəzza və Livanda apardığı müharibələrdə atom silahı İsrailə hansısa üstünlük gətirdimi? Hazırda bütün əlaqələri insanlıq münasibətləri həll edir. Mən açıq şəkildə bəyan edirəm, bizim məqsədimiz sülhməramlı nüvə enerjisinə malik olmaqdır. Əgər atom bombası hazırlamaq istəsək, bunu edərdik, buna görə kimsədən qorxumuz yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR