Bank Of Baku

Çinin cənubunda bir mağaraya daxil olan 7 uşaq ölüb

Çinin cənubunda bir mağaraya daxil olan 7 uşaq ölüb
# 16 fevral 2010 07:12 (UTC +04:00)
Bakı – APA. Çin hakimiyyəti ölkənin cənub əyaləti Yunynanda 7 uşağın qəfil ölümünün səbəblərini araşdırır. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, fevralın 15-də Çensyun qəzasında 8 məktəbli yaxınlıqdakı dağa gəzməyə gedib və dağda yerləşən mağaraya girib. Mağaraya daxil olduqdan sonra 7 uşaq huşunu itirib. Onlardan 3-ü elə orada keçinib, 4-ü isə xəstəxanada dünyasını dəyişib. Sağ qalmış yeganə uşaq – 11 yaşlı qız deyib ki, oğlan uşaqları mağaranın dərinliklərinə irəliləyiblər və bir qədər sonra yerə yıxılaraq sanki yuxuya gediblər. Qızın özünün başı hərlənib və o, dərhal mağaradan çıxaraq valideynlərini köməyə çağırıb. Faciədən xəbər tutan hakimiyyət orqanları dərhal mağaraya girişi bağlayıblar və olayın səbəblərini araşdırmaq üçün xüsusi qrup yaradıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR