Bank Of Baku

Talibanın hərbi lideri Əbdülqəni Bəradər Pakistanda həbs olunub

Talibanın hərbi lideri Əbdülqəni Bəradər Pakistanda həbs olunub
# 16 fevral 2010 08:26 (UTC +04:00)
İslamabad-APA. Taliban hərəkatının nüfuzlu liderlərindən Əbdülqəni Bəradər Pakistanda həbs olunub. APA-nın məlumatına görə, saxlanan şəxs hərəkatda Talibanın lideri molla Məhəmməd Ömərdən sonra ikinci şəxs sayılır. Əbdülqəni Bəradər Pakistan qurumlararası kəşfiyyat idarəsi ilə Mərkəz Kəşfiyyat İdarəsinin keçirdiyi xüsusi əməliyyat nəticəsində ələ keçirilib. Taliban lideri fevralın 11-də həbs olunsa da, ABŞ bu şəxsdən qiymətli məlumatlar əldə edə biləcəyini güman edərək Əbdülqəni Bəradərin həbsini gizli saxlayıb. Hazırda Talibanın ikinci şəxsi Pakistandakı həbsxanalardan birində saxlanır. Əbdülqəni Bəradərin həbsi Pakistan və ABŞ xüsusi xidmət orqanlarının Talibana qarşı keçirdikləri birgə əməliyyatlarda ən böyük uğur sayıla bilər. Kəşfiyyat məlumatlarına görə, Molla Ömər Talibanın ideoloji rəhbəri funksiyasını yerinə yetirir, Bəradər isə hərəkatın Əfqanıstan ərazisindəki bütün əməliyyatlarına şəxsən rəhbərlik edir. Bundan başqa saxlanan şəxs həmçinin Talibanın Ali Dini Şurasının sədridir. Hərəkatın özünəməxsus məcəlləsinin yazılıb hazırlanması da Əbdülqəni Bəradərin adı ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR