Bank Of Baku

Türkiyə və İran xarici işlər nazirləri arasında görüş keçirilib

Türkiyə və İran xarici işlər nazirləri arasında görüş keçirilib
# 16 fevral 2010 10:34 (UTC +04:00)
Bakı – APA. İran İslam Respublikasına səfər edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu həmkarı Mənuçöhr Mottaki ilə görüşüb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

M. Mottaki nüvə proqramını reallaşdırmağın İranın qanuni haqqı olduğunu və bu istiqamətdə irəlilədiklərini deyib: “İran özü üçün yanacaq istehsal edəcək. Türk dostlarımızla son durumu müzakirə etdik. Böyük ehtimalla ikinci müzakirə də olacaq. Türkiyənin bu prosesə ciddi köməyi olacaq. İran-Türkiyə əlaqələrinin çox müxtəlif sahələri var. İki ölkə arasındakı əməkdaşlıq bölgədə sabitliyə müsbət təsir göstərəcək. Türkiyə İranla aparılan müzakirələrdə vasitəçi olmasa da, bu prosesin çox önəmli bir hissəsidir”.

Ə. Davudoğlu isə İranla Qərb arasında diplomatik kanalların açıq qalmasının əhəmiyyətini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR