Bank Of Baku

Mahmud Əhmədinejad: “İranın əldə etdiyi yeni sentrifuqlar vasitəsilə uranın zənginləşdirilməsi sürətini 5 dəfə artırmışıq”

Mahmud Əhmədinejad: “İranın əldə etdiyi yeni sentrifuqlar vasitəsilə uranın zənginləşdirilməsi sürətini 5 dəfə artırmışıq”
# 16 fevral 2010 16:16 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Biz barəsində danışdığımız hər bir işi yerinə yetirmişik, yerine yetirmək iqtidarında olmadığımız bir iş barəsində danışmırıq”. APA-nın “İribnews”a istinadən yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad bu fikirləri hazırda davam edən mətbuat konfransında səsləndirib. O bildirib ki, İranda yeni nəsil sentrifuqlarda uranın zənginləşdirilməsi sürəti ötən dövrlərə nisbətən beş dəfə artıqdır. Prezident nüvə rektoru üçün nəzərdə tutulan uranı mübadilə etmək üçün irəli sürülən təklifləri müzakirə etməyə hazır olduğunu deyib.
200 xarici və yerli jurnalist qarşısında çıxış edən İran prezidenti bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa bəslədikləri ümidlər boşa çıxıb: “Güman edirdik ki, nə zaman ki, 20 faiz nüvə yanacağına ehtiyacımız olarsa, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bizi həmin yanacaqla təmin edəcək. Lakin gördük ki, onlar bizə heç 20 faiz belə yanacaq vermək niyyətində deyil, buna görə biz özümüz nüvə yanacağı istehsal etməyə başladıq. Biz hələ 6 ay bundan əvvəl uranı 20 fazi zənginləşdirməyə nail olduğumuz barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məlumat vermişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR