Bank Of Baku

Taliblər liderlərinin ələ keçirilməsi xəbərini təkzib ediblər

Taliblər liderlərinin ələ keçirilməsi xəbərini təkzib ediblər
# 16 fevral 2010 18:46 (UTC +04:00)
Bakı-APA. Pakistan talibləri «Taliban» rəhbərliyində ikinci adam olan Molla Əbdül Qəni Bəradərin ələ keçirilməsi xəbərini təkzib ediblər.

Hərəkatın mətbuat xidməti Zavialla Mücahid Bəradərin Əfqanıstanda olduğunu və yenə də hərəkata rəhbərlik etdiyini bildirib.

APA-nın New York Times-a istinadən verdiyi məlumata görə isə, ABŞ və Pakistan xüsusi xidmət orqanlarının nümayəndələri hazırda həbsdə olan Əbdül Qəni Bəradərdən ifadə alırlar.

Ağ Ev Pakistan rəsmilərindən fərqli olaraq hələlik Bəradərin həbsi barədə məlumatı təsdiq etməyib. Pakistan təhlükəsizlik xidməti əməkdaşlarının sözlərinə görə, «Taliban» lideri bir neçə gün əvvəl Kəraçidə ABŞ və Pakistan xüsusi xidmət orqanlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR