Bank Of Baku

İranda 5 əcnəbi jurnalist saxlanılıb

İranda 5 əcnəbi jurnalist saxlanılıb
# 17 fevral 2010 15:35 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Fevralın 11-də İranın Milli günü münasibətilə Tehranda keçirilən mitinqlərdə 5 əcnəbi jurnalist həbs olunub. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Tehran şəhər prokuroru Abbas Cəfər Dövlətabadi həmin şəxslərin ətraf küçələrdə qeyri-qanuni toplaşaraq aksiya keçirənlərə qoşulduqlarına görə saxlandığını deyib. Həbs edilənlərin 2-si Rusiya, 1-i Fransa, 1-i Yaponiya, 1-i isə Əfqanıstan vətəndaşıdır.

A. Dövlətabadi 1 Rusiya və 1 Əfqanıstan vətəndaşı barədə cinayət işinin başlandığını bildirib. Digər 3 nəfər isə istintaq araşdırmalarından sonra sərbəst buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR