Bank Of Baku

İran İsrail əleyhinə Hizbullahla eyni sırada dayanacağına söz verib

İran İsrail əleyhinə Hizbullahla eyni sırada dayanacağına söz verib
# 19 fevral 2010 00:37 (UTC +04:00)
Bakı-APA. İran prezidenti Mahmud Əhmədinejad İranın İsrail daha bir müharibəyə başlasa, Livanın Hizbullah qrupu ilə bir sırada dayanacağına söz verib.

APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, İranın dövlət mətbuatı bu gün cənab Əhmədinejada istinadən onun müharibə başlasa, birdəfəlik “İsraili yer üzündən silməyə” çağırdığı haqda məlumat verib.

İRNA xəbər agentlyinin verdiyi məlumata görə, prezident Əhmədinejad bu açıqlamaları Hizbullahın lideri Həsən Həsrulla ilə telefon söhbəti zamanı verib.

Bu, İsrail, Livan və Suriya liderlərinin son zamanlar verdiyi kəskin açıqlamalar arasında sonuncusudur.

Çərşənbə axşamı günü Nəsrullah İsrailə yəhudi dövləti Livana hücum etsə, Hizbullahın Tel-Əviv istiqamətində raketlər atacağı ilə hədələmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR