Bank Of Baku

Pakistanda qar uçqunu nəticəsində 38 nəfər həlak olub

Pakistanda qar uçqunu nəticəsində 38 nəfər həlak olub
# 19 fevral 2010 03:03 (UTC +04:00)
Bakı – APA. Pakistanın şimal-qərbində yerləşən Kohistan əyalətində qar uçqunları 38 nəfərin həyatına son qoyub.

APA-nın BBC-ə istinadən verdiyi məlumata görə, insanların ölümü ilə nəticələnən dəhşətli qar uçqunu İslamabad şəhərindən 200 km aralıda Kohistan əyalətində ucqar dağ kəndlərindən birində baş verib.

Yerli hakimiyyətin nümayəndəsi Aminul Haq BBC-ə müsahibəsində uçqun zamanı həlak olanların sayının 56-nı keçəcəyini bildirib.

İlkin məlumatlara görə, uçqunlar altından artıq 38 nəfərin cəsədi çıxarılıb.

Qar uçqunun yolları bağladığından xilasetmə işlərinin aparılması çətinləşib. Buna baxmayaraq yerli polis və fövqəladə hallar nazirliyinin işçiləri durmadan axtarışlarını davam etdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR