Bank Of Baku

Avstraliya Balinaların ovuna görə Yaponiyanı beynəlxalq məhkəmə ilə hədələyir

Avstraliya Balinaların ovuna görə Yaponiyanı beynəlxalq məhkəmə ilə hədələyir
# 20 fevral 2010 02:06 (UTC +04:00)
Bakı – APA. Avstraliyanın Baş Naziri Kevin Radd Yaponiyadan Antarktidada apardığı balina ovunu bu ilin noyabr ayına kimi dayandırmağı tələb edib. APA BBC’yə istinadən xəbər verir ki, K.Radd əks təqdirdə Yaponiyaya qarşı Beynəlxalq Haaqa Məhkəməsində proses başlanacağı ilə hədələyib. Bu bəyanatı Baş Nazir Kevin Radd Yaponiyanın Xarici İşlər Nazirinin Avstraliyaya rəsmi səfəri ərəfəsində edib.

Əlavə edək ki, Kevin Radd 7 TV telekanalının efirində çıxış edərkən bəyan edib ki, Yaponiya rəsmisi ilə görüş zamanı balinalara qarşı aparılan ovun tamamilə dayandırılmasını tələb edəcək.

“Əgər bu məsələni diplomatik yollarla həll etmək mümkün olmasa, o zaman mən beynəlxalq ədliyyə orqanlarına müraciət edəcəm ”, - deyə Avstraliyanın Baş Naziri vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR